“Qəbələ” “Arsenal”la heç-heçə etdi

qebele-arsenalla-hec-hece-etdi
Oxunma sayı: 1362

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
 
“Qafqazinfo” xəbər verir ki, Roman Qriqorçukun komandası Rusiya təmsilçisi “Arsenal”la qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.
 
Tula təmsilçisi Rusiya Premyer Liqasında 25 turdan sonra 25 xalla qış fasiləsinə 8-ci pillədə yollanıb.
 
Xatırladaq ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u ilə heç-heçə (1:1) edib,  İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.
 
27 yanvar
Yoxlama oyunu

 
“Qəbələ” “Arsenal” (Rusiya) - 3:3 
Qollar: Ozobiç, 17, Stiven Monroz, 32, Vitali Vernidub, 83 - Berxamov, 2, 28, 45