Azərbaycan Premyer Liqasında 36-cı turunda “Qəbələ” evdə “Kəpəz”lə qarşılaşıb.
“Qafqazinfo” xəbər verir ki, “qırmızı-qaralar” bu oyunda 1-1-lik heç-heçəyə imza atıb.
Bununla da Elmar Baxşıyevin komandası avrokuboklara vəsiqəni rəsmiləşdirib.
Turun digər oyunu “Sumqayıt”la “Zirə” arasında olub. Həmin matçda “Zirə” 3:0 hesablı qələbə qazanıb.