“Qəbələ” legionerini yola saldı

qebele-legionerini-yola-saldi
Oxunma sayı: 644

2017-18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” daha iki futbolçu ilə bağlı qərarını rəsmən açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, söhbət qapıçı David Petrzkeviç və müdafiəçi Murad Musayevdən gedir.

“Qırmızı-qaralar” adıçəkilən oyunçuların gələn mövsümdən komandanın formasını geyinməyəcəyini bəyan edib. Bunadək isə gümüş mükafatçı Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyyubov və Nika Kvekveskiri ilə yollarını ayırmışdı.

2013-2014 və 2015-2017-ci illərdə “Qəbələ”də çıxış edən Petrzkeviç “qırmızı-qara” formada 14 oyun keçirib. Polşalı qapıçı bu görüşlərdə 17 top buraxıb. O, Premyer Liqada 12 (-11 qol), ölkə kubokunda 1 (-2 qol) və Avropa Liqasında 1 (-4 qol) oyunda iştirak edib.
 
2012-13 mövsümündən “Qəbələ”nin əsas komandasında çıxış edən Musayev 9 matç keçirib. Müdafiəçi Premyer Liqada 8, Azərbaycan kubokunda 1 görüşün iştirakçısı olub.