“Qəbələ” - “Qarabağ” matçında dava - Kapitan meydandan qovuldu

qebele-qarabag-matcinda-dava
Oxunma sayı: 6054

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün hazırda davam son matçında – “Qəbələ - “Qarabağ” görüşünün ilk hissəsinin fasiləsində dava düşüb.

“Qafqazinfo” xəbər verir ki, hissənin başa çatan zaman “Qəbələ”nin kapitanı Cavid Hüseynovla “Qarabağ”ın futbolçusu Dani arasında mübahisə düşüb.

C.Hüseynov əvvəlcə Danini vurub, daha sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla kəllə-kəlləyə gəlib. Hakim bu hərəkətinə görə Cavid Hüseynovu meydandan qovub.

Qeyd edək ki, ilk hissə “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.