“Qəbələ” - “Turan Tovuz” matçı təxirə salındı - Yenilənib

qebele-turan-tovuz-matci-texire-salindi
Oxunma sayı: 1405

Azərbaycan Premyer Liqasının 14-cü turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” matçı təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma 23-cü dəqiqədən etibarən dayandırılıb. 

Buna səbəb matçın keçirildiyi Qəbələ şəhərində qatı duman olmasıdır. 

Qarşılaşmanın baş hakimi Tural Qurbanov komandaları soyunub-geyinmə otağına yollayıb.

***

PFL-dən “Qafqazinfo”ya verilən məlumata görə, qarşılaşma təxirə salınıb:

“Əsasnaməyə uyğun olaraq 30 dəqiqə gözlənilib, amma hakimlərlə məsləhətləşilib. Bildirilib ki, duman daha da qatılaşıb, ona görə də oyun təxirə salınıb. Vaxtla bağlı planlama aparılır”.