Qəbələdə ağır yol qəzasında 2 nəfər öldü - Fotolar

qebelede-agir-yol-qezasinda-2-nefer-oldu
Oxunma sayı: 4617

Qəbələ rayonunun Nohurqışlaq kəndi ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, "VAZ-2106" və "VAZ-2101" markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüləri - 1966-cı il təvəllüdlü Akif Qara oğlu Abdurrəhmanov və 1988-ci il təvəllüdlü Anar Vüqar oğlu Nəsrullayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.