Qəbələdəki selin video görüntüləri - Maşını apardı

qebeledeki-selin-video-goruntuleri-
Oxunma sayı: 13313

Xəbər verdiyimiz kimi, Qəbələdə sel ciddi fəsadlara yol açıb.

QafqazinfoRegion TV-yə istinadən xəbər verir ki, dağlara düşən leysan nəticəsində Qəbələ rayonunun ərazisindən keçən Dəmiraparan çayı daşıb. Nəticədə bəndlərdə sızma əmələ gəlib. Sel suları şəhərin mərkəzi küçələrini keçilməz edib. VAZ 21 015 markalı bir avtomobili sel suları aparıb. FHN-in xilasediciləri avtomobil xilas edib. Fərdi təsərrüfatlara ziyan dəyib. Dağıntı və tələfat haqda hələlik məlumat yoxdur.