Qəfil ölüm: Kobi Brayant, Hyuston və başqaları... - Fotolar

qefil-olum-kobi-brayant-hyuston-ve-basqalari
Oxunma sayı: 3899

Heç də həmişə məşhurlar uzun sürən xəstəlikdən sonra və ya yetərincə ahıl yaşda həyatdan köçmürlər. Onların bəziləri faciə qurbanı olur, bəziləri isə canına qıyır...

“Qafqazinfo” qəfil ölümü ilə yadda qalan məşhurları təqdim edir:

Kobi Brayant

“Los Angeles Lakers”in məşhur basketbolçusu yanvarın 26-da Kaliforniyada helikopter qəzası nəticəsində dünyasını dəyişib. Onun 41 yaşı var idi. Onunla bərabər 13 yaşlı qızı Canna da həyatını itirib.

Lük Perri

“Riverdeyl” serialının aktyoru 2019-cu il martın 4-də vəfat edib. Onun 52 yaşı var idi. Aktyor ölümündən beş gün əvvəl insult keçirib. O, xəstəxanada dünyasını dəyişib.

Keyt Speyd

55 yaşlı dizayner 2018-ci il iyunun 5-də Nyu-York şəhərindəki evində intihar edib.

Kerri Fişer və Debbi Reynolds

“Ulduz müharibələri”ndə şahzadə rolunu canlandıran aktrisa 60 yaşında infarkdan dünyasını dəyişib. Bu, 2016-cı il dekabrın 27-də baş verib. Səhərisi gün onun anası dəfn mərasiminə hazırlaşarkən insultdan keçinib.

Corc Maykl

Müğənni 2016-cı il dekabrın 25-də ürək və qaraciyər problemləri səbəbindən 53 yaşında evində vəfat edib.

Robin Uilyams

Aktyor və komediant 2014-cü il avqustunda 63 yaşında dünyasını dəyişib. O, uzun sürən depressiyadan sonra intihar edib. Həmin ay ona ölümündən sonra “Emmi” mükafatı verilib.  

Emi Uaynhaus

Britaniyalı müğənni 2011-ci il iyulun 23-də Londondakı evində ölü vəziyyətdə tapılıb. Onun 27 yaşı var idi. İfaçının ölümünə səbəb ürəktutması olub.  

Hit Ledcer

28 yaşlı aktyor 2008-ci il yanvarın 22-də Nyu-Yorkdakı evində ölü tapılıb. Onun ölümünə səbəb ağrıkəsici, trankvilizator və yuxu dərmanını həddindən artıq çox istifadə etməsi olub.

Uitni Hyuston

Məşhur müğənni 2012-ci il fevralın 11-də “Beverly Hilton” otelində ölü tapılıb. Onun ölümünə səbəb kokaindən həddində artıq istifadə etməsi olub. 48 yaşlı Hyuston vannada boğulub.

Prins

Müğənni 2016-cı il aprelin 21-də Minnesota ştatında rezidensiyasında vəfat edib. Onun 57 yaşı var idi. Ölümünə səbəb güclü ağrıkəsici - fentanildən həddindən artıq istifadə etməsi olub.