Qətərin Baş naziri ilə girovlarla bağlı gizli görüş keçirdi

qeterin-bas-naziri-ile-girovlarla-bagli-gizli-gorus-kecirdi
Oxunma sayı: 1224

İsrail Prezidenti İsaak Hersoq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə gizli görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, görüşün məqsədi HƏMAS radikal hərəkatı tərəfindən əsir götürülmüş girovların azad edilməsi üçün danışıqları müzakirə etmək olub.

Məsələ ilə bağlı məlumatı olan mənbələr təsdiq edir ki, İsrail Prezidenti konfransda bəzi azad edilmiş girovlar və onların ailələri ilə iştirak edib, bu, danışıqların əhəmiyyətini vurğulamaq və onlara daha geniş kontekst vermək məqsədi daşıyır.