Qəza baş verən ərazidə vəziyyət necədir? - Fotolar + Video

qeza-bas-veren-erazide-veziyyet-necedir
Oxunma sayı: 7866

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının məlumatına görə, hazırda su basmış ərazidən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir. Yollar palçıqdan təmizlənir, partlayış baş verən su borusunun təmiri ilə bağlı qazıntı işləri aparılır.

Xəbəri rus dilində oxuyun: Как обстоят дела на месте аварии? - Фото

Artıq borudan su axmasının qarşısı alınıb. Ərazidə “Azərsu” ASC, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları işləyirlər.

Hadisə yerindən çəkilmiş son görüntüləri təqdim edirik:

Eldar Tanrıverdi

Fotolar: Pərvin Zeynal