Qəzada meyiti yoxa çıxan Vəfadarın axtarışından - Video

qezada-meyiti-yoxa-cixan-vefadarin-axtarisindan
Oxunma sayı: 2877

Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir.

Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.