Qəzada ölən Sevil 1 gün əvvəl işə düzəlibmiş...

qezada-olen-sevil-1-gun-evvel-ise-duzelibmis
Oxunma sayı: 11507

Xəbər verdiyimiz kimi, TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə qəzaya düşərək həlak olub.

“Qafqazinfo”nun məlumatına görə, S. Abdullazadənin qəzaya düşməzdən bir gün öncə işə götürüldüyü məlum olub.

Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Sevilin əmri martın 11-də verilmişdi.

Həmçinin S. Abdullazadə yaşasaydı, aprelin 1-də ad gününü qeyd edəcəkdi.

Onu da bildirək ki, Sevil Abdullazadə 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Qeyd edək ki, hadisə martın 12-si saat 22:30-da Günəşlidə baş verib. Qəza zamanı 2 nəfər xəsarət alıb, 1 nəfər isə vəfat edib.