Qəzadan 2 gün sonra xəstəxanada öldü

qezadan-2-gun-sonra-xestexanada-oldu
Oxunma sayı: 1833

İki gün öncə Oğuzda qəza zamanı xəsarət alan qadın sərnişin xəstəxanada ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə zamanı ağır bədən xəsarətləri alan 1992-ci il təvəllüdlü Aygün Quliyeva Qəbələ Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, sentyabrın 6-da Oğuz rayonunun Kərimli kəndində qarşısına inək çıxan xanım sürücü qəza törədib. O, hadisə yerində vəfat etmişdi. 

Mübariz Muradov