Qəzaya görə bağlanan Bakı-Sumqayıt yolu açılıb

qezaya-gore-baglanan-baki-sumqayit-yolu-acilib
Oxunma sayı: 2547

Bakı–Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yüngül maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

“Sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiyinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilib və hərəkət tam bərpa edilib”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, qəza səbəbindən yol 1 saata yaxın bağlı qalıb.