Qəzaya uğramış helikopterin “qara qutusu” tapıldı

qezaya-ugramis-helikopterin-qara-qutusu-tapildi
Oxunma sayı: 4009

Bu gün qəzaya uğramış DSX-ya məxsus Mİ-17 markalı helikopterin “qara qutu”su tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Bildirilib ki, cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən “qara qutu”nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.