Qəzzada atəşkəsin müddəti uzadıldı

qezzada-ateskesin-muddeti-uzadildi
Oxunma sayı: 949

İsrail və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs rejiminin müddətinin uzadılması barədə razılığa gəliblər. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İsrailin Müdafiə Ordusu yayıb. 

Bildirilir ki, atəşkəsin müddəti vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda uzadılıb.

Xatırladaq ki, Qəzzada noyabrın 24-dən müvəqqəti atəşkəs elan edilib. Noyabrın 27-si tərəflər atəşkəsi daha 2 gün müddətinə uzatmaq barədə razılığa gəlib.