Qəzza zolağında ölənlərin sayı artıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Qəzzada oktyabrın 7-dən ölənlərin sayı 17487 nəfərə çatıb.
Məlumata görə, 46 mindən çox insan isə yaralanıb.