“Qəzza zolağında məcburi köçkünlərin sayı demək olar ki, 1,9 milyon nəfərə və ya anklav əhalisinin 80%-dən çoxuna çatıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.
“Beləliklə, noyabrın 30-dan dekabrın 2-dək ən azı 60 min sakin Qəzzanın mərkəzi və cənubundakı UNRWA sığınacaqlarına yerləşib. Agentliyin 156 mərkəzində ümumilikdə təxminən 1,2 milyon köçkün yaşayır”, - məlumatda bildirilib.