Qırğızıstan Qazaxıstana nota verdi

qirgizistan-qazaxistana-nota-verdi
Oxunma sayı: 3746

Qırğızıstanın Xarici İşlər Nazirliyi Qazaxıstana nota verib.

“Qafqazinfo” “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, buna səbəb Qırğızıstan vətəndaşı Çınqız Sıdıkovun Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı döyülməsi olub.

Nota Qırğızıstan XİN-də qazax konsula təqdim edilib. Notada Qazaxıstan hüquq-mühafizə orqanlarının ayrı-ayrı əməkdaşlarının Sıdıkova qarşı rəftarlarından narahatlıq ifadə olunub. Bildirilir ki, nəticədə Sıdıkov ciddi xəsarətlər alıb.