Qırğızıstanda 40-dan çox uşaq naməlum maddədən zəhərləndi

qirgizistanda-40-dan-cox-usaq-namelum-maddeden-zeherlendi
Oxunma sayı: 629

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Respublika Səhiyyə Nazirliyindən məlumat verilib.

“Oş vilayətinin Kara-Suy rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib”, - nazirliyin Mərkəzi Aparatının nümayəndəsi deyib.

Onun məlumatına görə, zərərçəkmişlərə ilkin diaqnoz qoyulub – zəhərlənmə.   

Zəhərlənmənin hansı səbəbdən baş verdiyi mütəxəssislər tərəfindən müəyyən olunur. Müvafiq analizlər aparılır.