Qiyməti, keyfiyyəti və hədiyyəsi ilə sevindirəcək yeni Huawei Y70 artıq “Kontakt”da - Video

Qiyməti, keyfiyyəti və hədiyyəsi ilə sevindirəcək yeni Huawei Y70 artıq “Kontakt”da
Oxunma sayı: 786

“Kontakt” Huawei brendinin HUAWEI nova Y70 modelini iyulun 1-dən bütün mağazalarında nağd alışda 499 manata, hissəli alışda isə 12 aylıq ilkin ödənişsizfaizsiz şərtlərlə satışa təqdim edəcək. Üstəlik iyulun 31-dək 128 GB yaddaş tutumu olan bu smartfonu alana qiyməti 140 manat olan HUAWEI Band 6 smart qolbağı hədiyyə olunacaq.

Eyni zamanda yeni HUAWEI nova Y70 modelini “Kontakt”dan alıb, “Şeş-qoşa” kampaniyasında iştirak edərək avtomobil qazanmaq şansınız da var. İndi isə gəlin modelin önə çıxan funksiyalarının bəziləri ilə birlikdə tanış olaq.

Güclü batareya təəccübləndirəcək: 6000 mAh batareya yalnız  həftədə 2 dəfə  enerji doldurmaqla istifadə edilə bilər. Bu da HUAWEI nova Y70 modelinin əsas fərqini ortaya qoyur. İndi könül rahatlığı ilə saatlarla sevdiyiniz filmləri izləyə, musiqilərə doyunca qulaq asa, həyəcanınız yarıda qalmadan oyunlarınızı oynaya bilərsiniz. Hətta cəmi 5% batareya ilə smartfonunuzu 12 saat daha istifadə edə bilərsiniz. Bütün sadalananlarla yanaşı modelin bir başqa üstünlüyü də onun 22,5 Vt-lıq “SuperCharge” özəlliyidir ki, sadəcə 10 dəqiqə ərzində yığdığı enerji ilə 3 saatlıq videoya baxış imkanı yaradır. Əlavə olaraq HUAWEI nova Y70 -in güclü batareyası sayəsində digər cihazları tərs doldurma rejimindən istifadə edərək  enerji ilə təmin etməyiniz mümkün olacaq.

Ultra dar çərçivələrdən göz alıcı parlaq ekran: HUAWEI nova Y70 in 6.75 düymlük “FullView” ekranı və 90,26% bədən-ekran nisbəti ilə özündən əvvəlki modelləri görüntü səviyyəsi ilə geridə qoyur. Bu ekranda izlənilən məzmunlar istifadəçilərinə daha rəngli, daha canlı və daha üstün təcrübə yaşadacaq.

Ən dəqiq görüntülər barmaqlarınızın ucunda: HUAWEI nova Y70, heyranlıq oyadacaq üçlü AI (süni intelekt) kamera quruluşu ilə birlikdə gəlir. 48 MP-lik əsas, 5 MP-lik ultra geniş bucaqlı, 2 MP-lik dərinlik kamerası ilə istər uzaq mənzərəni, istər sizin üçün dəyərli olan portreti, istərsə də ən təbii və təsadüfi anları çəkiliş düyməsinə toxunmaqla əbədiləşdirə bilərsiniz.

8 MP-lik selfi kamerası cildinizi olduqca hamar, bütün üz cizgilərinizi isə mükəmməl şəkildə əks etdirəcək. Beləcə hər zaman ən yaxşı şəkillərlə parlaqlığınızın dadını çıxara bilərsiniz!

Qeyd edək ki, “Huawei” brendinin rəsmi tərəfdaşı olan “Kontakt” mağazalar şəbəkəsində brendin ən son modellərini və geniş çeşidini uyğun şərtlərlə əldə edə bilərsiniz.