“Qızım Sunakı Baş nazir etdi”

qizim-sunaki-bas-nazir-etdi
Oxunma sayı: 4398

Böyük Britaniyanın Baş naziri Rişi Sunakın qayınanası qızı Akşata Murtinin həyat yoldaşının həyatına bir çox cəhətdən təsir etdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Hindustantimes” məlumat yayıb.

Sudha Murti Sunakın hakimiyyətə gəlməsinin qızı sayəsində olduğunu deyərək, “Mən ərimi iş adamı etdim. Qızım da ərini Britaniyanın Baş naziri etdi. Bu, qadınların şanından irəli gəlir. Bir qadının ərini necə dəyişdirdiyini görə bilərsiniz”, - qeyd edib.

Qızının da həyat yoldaşının qidalanmasına diqqət etdiyini bildirən Murti, Sunakın hər cümə axşamı oruc tutduğunu deyib.