“Qranada” – “Atletik Bilbao” matçı zamanı azarkeş öldü - Oyun təxirə salındı

qranada-atletik-bilbao-matci-zamani-azarkes-oldu
Oxunma sayı: 3268

“Qranada” – “Atletik Bilbao” matçı təxirə salınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb azarkeşin ölməsi olub.

Belə ki, iki komandanın qarşılaşmasının 18-ci dəqiqəsində azarkeşin səhhətində yaranan problem səbəbindən qarşılaşma dayandırılıb. Təcili yardım işçiləri azarkeşin köməyinə gəlib. Lakin bütün müdaxilələrə baxmayaraq azarkeşi xilas etmək mümkün olmayıb.