"Düşmən tərəfi 71 itki verib"- - General Rövşən Əkbərov

quotdusmen-terefi-71-itki-veribquot-
Oxunma sayı: 11916


Bu gün şəhid olmuş gizir İsa Almazovun üç mərasimi keçirilib. 

Ölümündən sonra üçüncü dərəcəli medalla təltif edilən şəhidin mükafatını Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant  Rövşən Əkbərov təqdim edib.

“Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, mərasimdə şəhidin yaxınları ilə görüşən general-leytenant son günlərdə baş verən atışmalar nəticəsində erməni ordusunun 71 əsgərinin öldürüldüyünü və 80 əsgərin yaralandığını bildirib: 

“Bu döyüşlərdə, baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib”. 

Qeyd edək ki, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu ötən gün cəbhə xəttində gedən atışmalarda düşmən gülləsinə tuş gələrək şəhid olub.

Allah rəhmət eləsin!

İqbal