"O şəkli bəzi binamus adamlar yayıb" - - Xalq artisti

quoto-sekli-bezi-binamus-adamlar-yayibquot-
Oxunma sayı: 6184


– Xeyli vaxt Moskvada oldum. Yenicə qayıtmışam.

– Yaradıcılığınızda nə yenilik var?

– Yeni albom buraxacağam.

– Nə vaxta nəzərdə tutursunuz?

– Albomda on nəğmə olacaq. İnşallah yaxın on gün ərzində albomum çıxmalıdır. Orda həm vətənpərvərlik, həm də xalq ruhunda müasir səpkidə olan mahnılar yazdırmışam.

– Deyəsən, Rusiyada mükafata layiq görülmüsünüz.

– Rusiyada qastrol səfərində olanda “Yedinaya Rossiya” Partiyasının adından mənə mükafat verildi. Orda Azərbaycan-Rusiya dostluq cəmiyyəti var. Cəmiyyətin sədri Fuad Rzayevdir. Rusiyada seçkilərin keçirilməsi ilə əlaqədar mənə fəxri fərman verdilər. Bu haqda oranın yerli telekanallarında geniş  reportajlar efirə getdi.

– İş rejiminiz çox sıxdır. Yəqin ki, bu yay istirahət edə bilməyəcəksiniz...

– Hardasa xüsusi istirahət üçün vaxt ayırmamışam. Elə evdə olmuşam. Belə də...

– Tələbələriniz var?

– Mənim stilimdə oxuyanların hamısı tələbələrimdir. İndi buna pop-musiqi deyirlər. O vaxt xalq ruhunda müasir estradanın gəlməsi yenilik idi. Vicdanlı musiqi tənqidçisi araşdırsa, görər ki, bu yolun banisi mənəm. O dinamikalar, ritmlər, aranjimanlar mənə qədər yox idi. İndi hamı bu səpkidə oxuyur.

– Amma zamanında sizi də qəbul eləmirdilər və indi o stildə oxuyan yeni ifaçılar var.

– Məni niyə qəbul etmirdilər ki? Özündən müştəbeh adamlar, bəzi musiqiçilər belə düşünürdülər. Amma konsertimə gələndə görürdülər ki, yox, səhv düşünüblər. Niyə bəyənilmirdi ki? Çox da gözəl bəyənilirdi.

– Türkan adlı bir tələbəniz var idi. Hətta saytlarda sizi sevgili kim təqdim edirdilər.

– O, mənim nə tələbəm idi, nə də bir şeyim. O da konsertlərdə iştirak edirdi. Türkan gənc müğənnidir. Burdakı bəzi binamus adamlar götürüb o şəkli hallandırıblar. Harda gic-gic qalmaqalçılar var, özlərini göstərmək üçün yazırlar. Mənim təbiətimdə olan adama belə məsələlər çox pis təsir edir. Nə olsun ki musiqiçiyəm. Hər sahədə hər cür insanlar var. O qız da müğənnidir. Yenə də deyirəm ki, Türkan mənim tələbəm deyil. Onsuz da mənim janrımda oxuyanların hamısı tələbələrdir.

– Efirdə az-az görünməyinizin səbəbi nədir?

– Az görünmək yaxşıdır. Çünki səni o qədər görürlər ki, görəndə kanalı dəyişirlər. Deyirlər ki, “əşi day dünən bunu gördüm də”.

Qardaşınız uşaqlarıyla münasibətiniz var?

– Mənə çox sual vermək lazım deyil. Bu qədər danışdıq, bəs edər.

– Onlarla ünsiyyətiniz var?

– İndi “odboy” verəcəm. Sonra deyəcəksən ki, Niyaməddin müəllim mənə qarşı hörmətsizlik elədi...