"Qələt edib barəmdə danışırsan" - - Flora Kərimovaya Cavab

quotqelet-edib-baremde-danisirsanquot-
Oxunma sayı: 8812


"Qafqazinfo" Faiq Ağayevin "Facebook"da yazdığı cavabı təqdim edir:

"Allah heç kimin ağlını başından almasın!

Gülünc, urvarsız, ikrah doğuracaq hala düşməkdən dəhşətli nə ola bilər ki bir adam üçün?

Üstəgəl qadındırsa.

- Çoxərlilik yaşayaraq, mənəvi dəyərlərdən mülahizələr etmək.

- Siyasi Əqidəsinə dönük çıxıb, prinsipiallıq haqda dərs keçmək.

- UDUZUB, özünü yalandan qalıb cildinə salmaq.

- İslam dinini təhqir edib, Allahın adını dilinə gətirmək.

- Sidiklə müalice edib, "murdar-təmiz" mövzusu haqda söhbət aparmaq.

Bu kimi qəhrəmanlıq səlnaməsini yaşayan bir kəsin çıxışı - önəmsiz və dəyərsizdir mənim üçün.

Sözün, ittihamın o vaxt dəyəri olur ki, onu söyləyənin buna tam haqqı olsun.

Xalqı aldatmaq mümkün deyil.

Qüsurlu moizəni qəbul etməz o. Heç bir zaman.

Hakim Kəmalə Əmirxanovanın imzası ilə verilən Səbayıl rayon Məhkəməsinin 21.07.2010 tarixli hökmünə əsasən, F.Kerimova 148 maddəsi ilə təqsirli bilinib, cərimə edilib.

Hakim Xəqani Tağıyevin imzası ilə Yasamal rayon Mehkemesinin 17.01.2011 tarixli hökmünə əsasən , "... Flora Elekberovnanın şikayəti üzrə Ağayev Faiq Balağa oğlu təqsirsiz elan edilərək, ona bəraət verilsin."

Hər 2 hökm daha yüksək məhkəmə instansiyaları tərəfindən dəyişilməz olaraq təsdiqlənib və qüvvəyə minib.

Men "rəhmət" qazanıb, yaşayanların, ictimai nüfuzu şübhə altında olmayanların iradına fikir verərəm yalnız.

Bu ise irad, tənqid, eyham deyil. Gözü götürməzlikden, mənimlə mübarizədə məğlub olmaqdan, çarəsizlikden doğan acizanə bir böhtan cəhdidir.

Pasportunda Flora ALEKPEROVNA adını daşıyanın öz dili ile deyirəm - sən qələt edib barəmdə danışırsan".