Qurban Qurbanov Arazı heyətə qaytardı

qurban-qurbanov-arazi-heyete-qaytardi
Oxunma sayı: 1455

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov cəzalandırılaraq heyətdən kənarlaşdırılan Araz Abdullayev barədə danışıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli çalışdırıcı yarımmüdafiəçinin sabah Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-ə qarşı keçirəcəklər matç üçün heyətində yer alacağını bildirib:

“Araz Abdullayev ilk “18-lik”də yer alacaq. Oynamaq şansı var”, -deyə Qurbanov bildirib.