“Qarabağ”ın futbolçusu Sami Mmae komandanın əsas heyətindən uzaqlaşdırılıb.
Bu barədə “Qafqazinfo”ya klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, məşqçi heyətinin qərarına əsasən, Zaqreb “Dinamo”sundan icarəyə götürülən oyunçu əvəzedici heyətə göndərilib.
Qeyd edək ki, bu barədə ilk xəbəri Sportinfo.az saytı yayıb.
Son xəbərlər
Son Xəbərlər