Qusarda 2 iyul - Polis əməkdaşlarının peşə bayramı günü qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü münasibətilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı, Qusar Rayon Polis Şöbəsinin rəisi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, əməkdaşları tərəfindən Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.
Çıxış edənlər 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə polisləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.





Son xəbərlər
Son Xəbərlər