Qusarda polis qış rejimində fasiləsiz xidmət aparır - Video

qusarda-polis-qis-rejiminde-fasilesiz-xidmet-aparir
Oxunma sayı: 581

Şaxtalı hava şəraitinə baxmayaraq, Qusar rayonu ərazisində polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, yollarda təhlükəsizlik təmin olunur, zərurət yarandıqda sürücülərə və piyadalara operativ kömək göstərilir.

Qeyd olunub ki, köməyə ehtiyacı olan hər kəs polis naryadlarının diqqət mərkəzindədir.