Quterreş Lvova getdi

quterres-lvova-getdi
Oxunma sayı: 1082

Avqustun 18-də BMT-nin Baş katibi Antonio Quterreş Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsinin tviter hesabında paylaşım edilib.

“Antonio Quterreş Lvova gedib, orada sabah Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğanla görüşəcək”, - qeyd olunub.

Görüşdə onların müharibənin “diplomatik yolla” başa çatmasından danışacaqları bildirilib.