Quterreş rəsmi Bakı ilə İrəvanın birgə bəyanatını alqışladı

quterres-resmi-baki-ile-irevanin-birge-beyanatini-alqisladi
Oxunma sayı: 1019

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq səyləri barədə birgə açıqlamasını alqışlayıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

“Baş katib Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayır və tərəfləri bu razılaşmadan öz xalqları və regionlarının rifahı naminə qarşılıqlı etimadı təşviq etmək və uzunmüddətli sülhü təmin etmək üçün istifadə etməyə çağırır”, - deyə o qeyd edib.