Quzanlıda futbol var

quzanlida-futbol-var
Oxunma sayı: 654

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Qarabağ” Quzanlıda “Rəvan”ı qəbul edəcək. Ağdamlılar liderlər qrupundan uzaq düşməmək üçün bu oyunda mütləq 3 xal qazanmalıdır. Lakin rəqibin “altılıq”a düşmək uğrunda mübarizə aparan “Rəvan” olduğunu nəzərə alsaq, Qurbanovun yetirmələrinin işi heç də asan olmayacaq.
Digər görüşdə “Kəpəz”lə “Xəzər Lənkəran” üz-üzə gələcək. Hər iki komanda son oyunlarda qazandığı uğursuz nəticələri unutdurmaq üçün oyuna qələbə əzmi ilə çıxacaq. Günün son qarşılaşmasında AZAL-la “Simurq” qarşılaşacaq.

14:00. "Qarabağ" - "Rəvan"
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Coşqun Həsənov, Hacıəli Ağayev.
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
Komandalar Ağdamda ilk dəfə görüşəcəklər.
İlk dövrədəki oyun – 1:1.

14:00. "Kəpəz" - "Xəzər Lənkəran"
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Rahil Ramazanov, Rövşən Əhmədov.
Gəncə. Şəhər stadionu.
Gəncədəki oyunların balansı: 3 oyun: +1=0-2 (5-4).
2004/05 – 0:1, 2005/06 – 1:2, 2010/11 – 4:1 (təsnifat).
İlk dövrədəki oyun – 0:1.

16:00. AZAL - "Simurq"
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Zeynal Zeynalov, Rəhim Həsənov.
Bakı. "AZAL Arena" stadionu.
Bakıdakı oyunlarının balansı: 6 oyun: +3=1-2 (6-6).
2006/07 – 3:0, 2007/08 – 1:0, 2008/09 – 0:2, 2009/10 – 0:3 (təsnifat), 0:0 (“altılıq”), 2010/11 – 2:1 (təsnifat).
İlk dövrədəki oyun – 3:0.

Ceyhun Əhmədov