Rafiq Bayramov əfv olundu

rafiq-bayramov-efv-olundu
Oxunma sayı: 6557

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov əfv edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilmiş sabiq nazir müavini əfv olunub.

Qeyd edək ki, R.Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. 2021-ci ilin oktyabrında Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.

Həmçinin oxuyun: Али Алиев также был помилован