“Real” dramatik matçda qalib gəlib lider oldu - Video

real-dramatik-matcda-qalib-gelib-lider-oldu
Oxunma sayı: 2830

İspaniya La Liqasında 12-ci turdan təxirə salınmış oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Real” səfərdə “Valensiya” ilə qarşılaşıb.

Dramatik keçən matçda azlıqda qalan “Real” 90+6-cı dəqiqədə Belingemin vurduğu qolla 2:1 hesablı qələbə qazanıb.

“Kral klubu” bu qələbə ilə liderliyə yüksəlib.