“Real” öz yetirməsi ilə müqavilə imzaladı

real-oz-yetirmesi-ile-muqavile-imzaladi
Oxunma sayı: 1640

İspaniyanın “Real Madrid” klubu heyətinə yeni futbolçu qatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, klub “Rayo Valyekano”nun müdafiəçisi Fransisko Qarsiyanı transfer edib.

İspan 2020-ci ildə “Kastilya”dan icarə əsasında “Rayo”ya keçib, 2021-ci ilin yayında isə daimi əsasda komanda oyunçusu olub.

2022/23 mövsümündə Qarsiya bütün yarışlarda 40 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Fransisko Qarsiya “Real”ın yetirməsidir.