“Real”da ciddi itki

realda-ciddi-itki
Oxunma sayı: 1871

“Real”ın müdafiəçisi Dani Karvahal zədələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, 31 yaşlı futbolçu La Liqanın son turunun “Qranada”ya (2:0) qarşı ev oyununda sıradan çıxıb. O, 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Dani 2023/24 mövsümündə “Real”ın heyətində 17 matçda 2 qol vurub və 2 qolun ötürməsini verib.