“Region işğal altında olduğu illər ərzində dünyanın ən hərbiləşdirilmiş zonasına çevrilib”

region-isgal-altinda-oldugu-iller-erzinde-dunyanin-en-herbilesdirilmis-zonasina-cevrilib
Oxunma sayı: 2303

“Tərksilah və demobilizasiya reinteqrasiyanın əsas komponentləridir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında yazıb.

H. Hacıyevin sözlərinə görə, Qarabağdakı əhalinin sayına və ərazinin ölçülərinə görə regionun bu dərəcədə hərbləşdiriləcəyi heç gözlənilmirdi:

“Azərbaycanın Qarabağ bölgəsində davam edən cəmi 3 günlük tərksilah prosesi göstərdi ki, bu region işğal altında olduğu illər ərzində hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barıt çəlləyinə çevrilib”.