“Rəhimin dəfnində ona pislik edən insanları gördüm” - Video

rehimin-defninde-ona-pislik-eden-insanlari-gordum
Oxunma sayı: 3515

“Rəhim Rəhimlinin dəfnində ona pislik edən insanları gördüm… Onlar özlərini ürəkləri yanırmış kimi aparırdılar. Bəlkə tamaşaçıları aldada bilərlər, amma Rəhimi yaxından tanıyanlar bilir ki, kim kimdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev “Xəzər axşamı” verilişində deyib.

O, həmkarının ölüm xəbərini gecə saatlarında aldığını bildirib: “Ümumi tanışımızdan xəbər aldım. Çökdüm təbii ki. Rəhimi sonuncu dəfə bir ay -bir ay yarım öncə görmüşdüm. Vəziyyəti ağır idi. Soruşdum ki, müalicə alırsanmı? Dedi ki, hə, dostum, hər şey düzələcək. Hər kəsdən gizlədirdi”.