Rəisi və Makron 90 dəqiqə nələri müzakirə etdilər?

reisi-ve-makron-90-deqiqe-neleri-muzakire-etdiler
Oxunma sayı: 3552

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisi ilə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran prezidentinin aparat rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi tviter hesabında paylaşım edib.

O bildirib ki, Fransa Prezidenti iranlı həmkarına zəng edib.

Telefon danışığı 90 dəqiqə davam edib.

Cəmşidi qeyd edib ki, liderlər qarşılıqlı fəaliyyətin davam etdirilməsi, sanksiyaların aradan qaldırılması və regional məsələlərlə bağlı danışıqlar barədə razılığa gəliblər.