Renat Dadaşovun qolu mövsümün ən yaxşısı ola bilər - Video

renat-dadasovun-qolu-movsumun-en-yaxsisi-ola-biler
Oxunma sayı: 2562

Millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” geridə qalan mövsüm ərzində futbolçularının vurduğu ən yaxşı qolu seçir.

“Qafqazinfo” xəbər verir ki, 9 futbolçunun yer aldığı siyahıda Dadaşovun da qolu var. 24 yaşlı hücumçunun ölkə çempionatının 1-ci turundan təxirə salınmış oyunda (1:1) “Lütsern”in qapısına vurduğu qol ən yaxşı ola bilər.

Qalib azarkeşlərin səsverməsinə əsasən müəyyənləşəcək.