Rəngli corabları ilə diqqət çəkdi

rengli-corablari-ile-diqqet-cekdi
Oxunma sayı: 8853

Son zamanlar rəsmi və ciddi geyim tərzinə üstünlük verən Ukraynanın birinci xanımı Yelena Zelenskaya fərqli geyim tərzi ilə diqqət çəkib.

“Qafqazinfo” “Unian”a istinadən xəbər verir ki, bu dəfə seçimini gündəlik tərzdən yana edən  Zelenskayanın geyimini fərqli və rəngli corablarla tamamlaması marağa səbəb olub. 

Ukraynanın birinci xanımı öz feysbuk hesabında “look”u üçün seçdiyi corabların xüsusi olduğunu vurğulayıb. O bildirib ki, corablar Daun və Autizm spektr pozuntusu olan rəssamların çalışdığı emalatxanada hazırlanıb.