Rəşad Dağlı hadisə yerinə aparıldı - Video - Yenilənib

resad-dagli-hadise-yerine-aparildi
Oxunma sayı: 16009

Rəşad Dağlı Qaradağ Rayon Prokurorluğuna gətirilib.

“Qafqazinfo” xəbər verir ki, o ötən gün törətdiyi qətllə bağlı istintaq orqanına aparılıb. Gün ərzində onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Qaradağ Rayon Məhkəməsinə təqdimat göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 9-da səhər saatlarında Rəşad Dağlı Lökbatan qəsəbəsində qonşusu İsgəndər Mehdiyevi bıçaqlayaraq öldürüb.

***

Rəşad Dağlı Qaradağ Rayon Prokurorluğundakı sənədləşmə işləri tamamlandıqdan sonra istintaq hərəkətləri ilə bağlı hadisə yerinə aparılıb.