Qaradağ Rayon Prokurorluğu qarşısında meyxanaçı Rəşad Dağlıya görə izdiham yaşanıb.
"Qafqazinfo" xəbər verir ki, axşam saatları olmasına baxmayaraq, meyxanaçının pərəstişkarları və yaxınları binanın önündə toplaşıb.
Belə ki, onlar həmin əraziyə axışaraq R.Dağlıya dəstək nümayiş etdiriblər.
Daha sonra meyxanaçı Qaradağ Rayon Məhkəməsinə aparılıb. Onun barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir. Əldə etdiyimiz məlumata görə, artıq istintaq orqanı tərəfindən meyxanaçı barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.
Son xəbərlər
Son Xəbərlər