Rəşad İlyasov və ailəsi - Fotosessiya

resad-ilyasov-ve-ailesi-fotosessiya
Oxunma sayı: 11860

Rəşad İlyasov 1974-cü il noyabrın 1-də Bakıda ziyalı ailәsindә anadan olub. Valideyinlәri musiqiçi olmasa da, atası Mirzə İlyasov, mühәndis olub. Anası - bir neçə ay öncə dünyasını dəyişmiş Zərifə Eyvazova isə Azәrbaycan Dövlәt Teleradio şirkәtindә jurnalist kimi çalışıb.

Onun xalası - Şәfiqә Eyvazova Azәrbaycanın xalq artisti, kaman ustası, dayısı Yasәf Eyvazov isә ud ifaçısıdır.

Rəşad İlyasov 2001-ci ildə Gülnarə adlı xanımla ailə həyatı qurub.
Gülnarə xanımı toylardan birində görən müğənni həyat yoldaşına ilk baxışdan vurulub. Sonradan isə qohumluq əlaqələrinin olduğu üzə çıxıb.
Özlərini xöşbəxt sayan cütlüyün Mirzə və Leyla adlı övladları var.

Nigar Məmmədli