Rəşad Nəbiyev Dağıstan hökumətinin sədri ilə görüşüb

resad-nebiyev-dagistan-hokumetinin-sedri-ile-gorusub
Oxunma sayı: 1126

Azərbaycana səfər çərçivəsində Rusiya Federasiyası Dağıstan hökumətinin sədri Abdulmuslim Abdulmuslimov ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaların həyata keçirilməsi, nəqliyyat infrastrukturunun və sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi, hava nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub.

Bununla yanaşı, sərhəd-keçid məntəqələrində yük nəqliyyat vasitələri səbəbindən yaranan növbələrin vaxtında və operativ həll üzrə birgə addımların atılmasının vacibliyi vurğulanıb.