Rəşadın qətlə yetirdiyi şəxs həbsdən 15 gün öncə çıxıbmış - Foto

resadin-qetle-yetirdiyi-sexs-hebsden-15-gun-once-cixibmis
Oxunma sayı: 15535

Meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. 

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, o, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

Məlumata görə, İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.