Reyhan Türkiyədə mükafat aldı - Fotolar + Video

reyhan-turkiyede-mukafat-aldi
Oxunma sayı: 2420

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin XI sinif şagirdi Reyhan Camalova İstanbulda keçirilən “TRT World Citizen Awards 2019”da yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu kəşf etdiyi üçün “Gənclik” mükafatına layiq görülüb.

“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, mükafatlandırılma mərasimində Türkiyənin birinci xanımı Əminə Ərdoğan da iştirak edib.

Reyhana mükafatını türkiyəli sənətçi Haluk Levent təqdim edib.

Qeyd edəki ki, R. Camalova yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunun gənc ixtiraçısı və dünya üzrə 100 nüfuzlu qadından biridir. Reyhan Camalovanın adı “Forbes”in Sənaye, istehsalat və enerji sahəsində “30 yaşdan aşağı 30 gənc araşdırmaçı” siyahısına da daxil edilib.