Reynmen koronavirusa yoluxdu

reynmen-koronavirusa-yoluxdu
Oxunma sayı: 1692

Reper Reynmen (Yusuf Aktaş) koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, repçi bu barədə sosial şəbəkədə məlumat verib. O, koronavirus testinin pozitiv çıxdığını bildirib:

“İyrənc, pis hiss edirəm. Həm xəstə kimiyəm, həm də deyiləm. Qəribə bir şeydir. Evdəyəm, karantindəyəm. Heç yerə çıxmıram. Kimsəylə təmas qurmuram. İndiyədək təmasda olduğum hər kəsə xəbərdarlıq etdim. Gedib test versinlər. Mən də bu virusa kimdənsə tutuldum. Hamı diqqətli olsun”.