Reza Deqati Xudavəng monastırının fotolarını paylaşdı

reza-deqati-xudaveng-monastirinin-fotolarini-paylasdi
Oxunma sayı: 7251

Dünyaşöhrətli fotoqraf Reza Deqati instaqram səhifəsində Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksindən çəkdiyi fotoları paylaşıb.

"Qafqazinfo" xəbər verir ki, Xudavəng monastır kompleksinin qış görüntülərinin yer aldığı paylaşımında fotoqraf izləyicilərinə məbədin tarixi barədə də məlumat verir.

O bildirib ki, monastır XIII əsrdə Kəlbəcər şəhərində Alban knyazı Vaxtanqın arvadı Arzu xatun tərəfindən tikilib.